Xəbərlər

Taekvandoçularımız Olimpiya lisenziyası üçün İstanbulda döyüşəcək
13 yanvar, 2016 14:02
Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən verilən məlumata görə, 13 yanvar tarixində Türkiyənin İstanbul şəhərinə yollanacaq komandamız turnirdə 3 idmançı ilə təmsil olunacaq.
 
Bu turnir yığma komandamıza 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarına növbəti 3 lisenziyanı qazanmaq şansı verir.
 
Yarışda baş məşqçi Reza Mehmandust və böyük məşqçi Elnur Amanovun rəhbərlik etdiyi kişilərdən ibarət yığma komandanın üzvü Milad Beigi Hərçəqanı -80 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək.
 
Qadın taekvondoçuların baş məşqçisi Sun Mi Park və böyük məşqçi Hyeyoung Choi-nin yetirmələrindən isə -49 kq cəki dərəcəsində Patimat Abakarova və Fəridə Əzizova (-67 kq) Yay Olimpiya Oyunlarına qatılmaq üçün mübarizə aparacaq.
 
16-17 yanvar tarixlərində keçiriləcək Avropa təsnifat turnirin finalında qarşılaşan idmançılar “Rio-2016” vəsiqəni təmin etmiş olacaq.
 
Xatıradaq ki,yığma komandanın digər üzvü Dünya və Avropa çempionu,I Avropa Oyunların qalibi Radik İsaev +87 kq çəki dərəcəsində dünya reytiq siyahısında tutduğu yer sahəsində artıq lisenziya əldə edib.
 
Qeyd edək ki, olimpiadada taekvondo yarışında 64-ü qadın və 64-ü isə kişi idmançı olmaqla ümumilikdə 128 taekvondoçu iştirak edəcək.
 
Oyunların reqlamentinə görə, hər ölkəyə dörd çəki dərəcəsində lisenziya qazanmaq imkanı verilir ki, onlardan 2-si qadın, 2-si kişi idmançı olacaq.
 
Fərid Ədalət
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.