“Sağ qalmış” və “Mənfur səkkizlik” “Nizami”də
13 yanvar, 2016 13:56
“Sağ qalmış” filmini Mark L.Smitin ssenarisi əsasında rejissor Alexandro Qonsales İnyarritu triller, vestern, macəra və dram janrında çəkib.
Filmdə yaş həddi 18-dən yuxarıdır.
Amerika Vəhşi qərbinin kəşv edilməmiş açıqlıqlarında ağır yaralanan ovçu Hyu Qlass yeni torpaqların tədqiqi ilə məşğul olan yol yoldaşı Con Fitsjerald tərəfindən satqıncasına atılaraq ölümə məhkum edilir.
Bu vəziyyətdə Qlassın yeganə silahı –iradəsidir. O, vəhşi təbiətə, sərt qış şəraitinə və düşmənçilik edən hindu qəbilələrinə meydan oxuyub sağ qalmaq və xain Fitsjeralddan qısas almaq niyyətindədir...
Filmdə rollara Leonardo DiKaprio, Tom Hardi, Donal Qlison, Uill Poulter, Forrest Qudluk, Pol Anderson və başqa aktyorlar çəkilib.
Triller, dram,komediya, detektiv və vestern janrında çəkilmiş ikinci film isə “Mənfur səkizlik” adlanır.
Filmin rejissoru və ssenari müəllifi Kventin Tarantinodur. Filmdə yaş həddi 18-dən yuxarıdır.
Əfsanəvi cinayətkar qənimi Con Rut qadın məhbusu müşayət edir. Yolda onlara bir ovçu da qoşulur. Tufanlı qar havası onları yaxında yerləşən dükanda sığınacaq tapmağa məcbur edir. Artıq ora müxtəlif amallara qulluq edən dəstə yığışıb: general, şerif, meksikalı, fransız və kоvboy. Yalnız dəstədən biri həqiqətdə kim olduğunu gizlədir...
Filmdə baş rolları Kurt Rassel, Semuel L.Cekson, Tim Rot, Maykl Medsen, Cennifer Ceyson Li, Uolton Hoqqins, Demian Bişir, Bryus Dern, Ceyms Parks, Dena Qurye və başqa aktyorlar canlandırıblar.
“Salam ata.Yeni il” adlı komediyanın rejissoru isə Şon Andersdir. Filmin yaşı həddi 16-dan yuxarıdır.
Ailəli olan keçmiş arvadının yanına qayıdan iki uşaq atası, uşaqlarının diqqət və sevgisini qazanmaq üçün atalıqla rəqabətə girir...
Filmdə Uill Ferrell, Mark Uolberq, Linda Kardellini, Tomas Heyden Çerç, Skarlet Estevez, Ouen Vakkaro, Bobbi Kannavale və başqa aktyorlar çəkilib.
Hər üç film haqqında daha ətraflı məlumatı “Nizami” Kino Mərkəzinin “Facebook” səhifəsindən də öyrənmək mümkündür (https://www.facebook.com/NizamiCinema?rf=hl).
Aytən