“Xankəndi” sualtı tikinti gəmisinin inşası aparılır
12 yanvar, 2016 13:07
Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti məlumat verilib.
Məlumata görə, hazırda zavodda BP şirkətinin sifarişi ilə dəyəri 378 mln. dollar olan “Xankəndi” sualtı tikinti gəmisinin inşası aparılır. Gəminin tikintisinin 2017-ci ilin aprel ayınadək tam başa çatdırılması nəzərdə tutulur.
Eyni zamanda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə 3 ədəd 80 nəfərlik sərnişin gəmisinin tikintisi həyata keçirilir. Bu gəmilərin inşası üzrə işlər bu ilin aprelinədək başa çatdırılacaq.