Vasif Talıbovun səhhəti pisləşən xanımı Türkiyəyə aparılıb
11 yanvar, 2016 14:38
Səhhətində problem yaranan Sevil Talıbova donuz qripinə yoluxmaq şübhəsi ilə Türkiyəyə göndərilib.
Məlumata görə, Talıbovların xahişi üzrə Naxçıvana xüsusi həkim briqadası göndərən Türkiyənin Səhiyyə Nazirliyi xanımı ağciyər funksiyasını tənzimləyən ciahaza (ECMO) qoşaraq, xəstəni helikopterlə Ankara İbn-Sina Klinikasına gətirib.
Təcili müayinədən sonra S.Talıbovanın ağciyərlərində problemin olduğu müəyyənləşdirilib.
S.Talıbovanın helikopterlə Ankaraya göndərilməsindən sonra V.Talıbov və övladları da xüsusi təyyarə ilə Ankaraya uçublar.
Səhhətinin nisbətə yaxşılaşdığı bildirilən S.Talıbova ECMO-ya qoşularaq xaricdən Türkiyəyə gətirilmiş ilk pasient olub.