Hava çirkliliyi ilə mübarizə istiqamətində 2 mindən çox kiçik müəssisə bağlanacaq
11 yanvar, 2016 13:42
Paytaxt Pekinin ərazisində olan bu müəssisələr ekologiyanı nisbətən daha çox korlayanlardır.
Məlumata görə, son illər hökumət hava çirklənməsini azaltmaq məqsədi ilə böyük şəhərlərdəki iri müəssisələrin şəhər kənarına köçürülməsini və ekoloji standartalara uyğun olmayanlarının bağlanmasını qərara alıb.
Çin Ətraf Mühitin Mühafizəsi Nazirliyinin məlumatına görə, təkcə 2015-ci ildə ölkə üzrə 17 min bu cür müəssisə bağlanmış, 28 mindən çox istehsal sahəsində isə işlər müvəqqəti dayandırılmışdı.
Bağlanan istehsal sahələri əsasən kimya sənayesi və metal əritmə zavodlarıdır.