Niderlandlı iş adamları Azərbaycana dəvət olundu
11 yanvar, 2016 13:39
Yazıda həmyerlimizin həmkarı Vim van Embdenlə birlikdə bu təşkilatı yaratmaq məqsədlərindən söhbət açılıb.
Azərbaycanın xarici iş adamları üçün maraqlı ölkə olduğunu qeyd edən həmyerlimiz iş adamlarını ölkəmizə investisiya qoymağa dəvət edib.
Abbasov hazırda Azərbaycanda çoxsaylı Niderland şirkətlərinin olduğunu qeyd edib: "Baxmayaraq ki, bu şirkətlərin çoxu neft və enerji sektorunda fəaliyyət göstərir, digər sahələrdə də niderlandlı iş adamlarını görmək mümkündür. V. Abbasov həmçinin Azərbaycandakı iş adamlarına da müraciət edib: "Əgər Azərbaycandan hanısa iş adamı niderlandlı iş adamları ilə əlaqə yaratmaq istəyirsə bizə müraciət edə bilər. Bu işdə məmuniyyətlə onlara köməklik edərik”.