Nazir musiqi məktəblərinə yeni direktorlar təyin edib
08 yanvar, 2016 13:45
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə uyğun olaraq, Oqtay Tofiq oğlu Muxtarov 36 nömrəli Uşaq Musiqi Məktəbinin, Əziz Yaşar oğlu Qarayusifli isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru təyin edilib.
Bu təyinatadək O.Muxtarov Mədəniyyət və Turizm Nazirliyinin Tarixi-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıb.
Ə.Qarayusifli isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.
Yeni təyin olunan direktorların qarşısına Nazirliyin rəhbərliyi tərəfindən musiqi təhsilinin daha da inkişafı, təlim tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc istedadların müəyyən edilməsi kimi vəzifələr tapşırılıb.