“Komor” da İrandan üz döndərdi
08 yanvar, 2016 13:36
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Agentliyin verdiyi xəbərə görə, Komor adalarının XİN-in yaydığı məlumatda qeyd olunur ki, bu ölkəni Səudiyyə Ərəbistanı ilə ümumi mövqelər və dostluq əlaqələri birləşdirir:
“Komor adaları Səudiyyə Ərəbistanının daxili işlərinə istənilən müdaxiləni qətiyyətlə pisləyir”.
Komor adaları yaranmış gərginliyə görə məsuliyyəti İranın üzərinə qoyub.
Komor Adaları Respublikası Ərəb Dövlətləri Liqasının üzvüdür.
Onu da qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 3-dən İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib.
Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.