Bunu açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 5 yanvar 2016-cı il tarixli əmri ilə Azərbaycan Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azər Paşa Nemətin teatrın bədii rəhbəri və direktoru vəzifəsinə təyin olunmasına münasibətini bildirərkən deyib.
Onun sözlərinə görə, ötən illər ərzində Azərbaycan teatrı da böyük yol keçib, tarixi ənənələrə malikdir.
“Şərq aləmində də ilk teatr məhz Azərbaycanda yaranıb” - deyən J.Əliyeva bildirib ki, ona görə bu sənət məbədinin hər zaman olduğu kimi bu gün də yaşadılmasına, tarixi və örnək ola biləcək ənənələrinin davam etdirilməsinə ehtiyac var.
Millət vəkilinin dediyinə görə, teatr həm yaşamalı, həm də xalqa xidmət etməlidir.
“Əgər böyük, korifey sənətkarlar tərəfindən bu ənənələr qorunub saxlanılıbsa, davam etdirilibsə, bu günümüzə kimi çatdırılbsa, deməli, onun hər zaman ayaqda qalması və yaşadılması lazımdır.
Bu baxımdan, tanınmış sənətkar Azər Paşa Nemətin “Azdrama”ya direktor təyinatı çox uğurlu və yerində olan bir təyinatdır. Hesab edirəm ki, bu təyinat “Azdrama”nın fəaliyyətində dönüşə, növbəti canlanmaya gətirib çıxaracaq.
Həmçinin, inanıram ki, əgər teatr ənənələrimiz bu günümüzədək davam etdirilibsə, “Azdrama” da daxil olmaqla Azərbaycan teatrı zaman-zaman öz inkişafına nail olunsa, bundan sonra da Azərbaycan sürətli inkişafına uyğun şəkildə gələcəyə, irəliyə doğru inamla addımlayacaq” - deyə, J.Əliyeva daha sonra sözlərinə əlavə edib.
Kamil Həmzəoğlu