Xəbərlər

Dünyanın ən varlı 10 futbolçusunun adı açıqlanıb
06 yanvar, 2016 13:02

Karyerasını davam etdirən oyunçular arasında ən varlısı Lionel Messidi.

Qurum oyunçuların klub və yığmadakı durumunu, müqavilələrini və onların müddətlərini, yaşlarını, həmçinin performansını hərtərəfli araşdırıb. Məlum olub ki, futbolçu kimi qazancı 250 milyon 700 min avro olan Messi hazırda əlçatmazdı. Onu “Barselona”dakı komanda yoldaşı Neymar və “Çelsi”nin lideri Eden Azar izləyirlər. Sərvəti 100 milyon avrodan çox olan digər oyunçu isə Kriştianu Ronaldodu.

Ən varlı oyunçuların “10-luğ”unda “Barselona”nın 3 futbolçusu yer alır. Belə ki, Messi və Neymar ilk iki sırada yer alırsa, Kataloniya klubunun digər hücumçusu Luis Suares 8-ci pillədə qərarlaşır.

Maraqlıdı ki, ən varlı 10 futbolçudan 5-i hazırda İngiltərədə, 5-i isə İspaniyada çıxış edir.

Ən zəngin “10-luq”:

1. Lionel Messi (“Barselona” / Argentina) – 250 milyon 700 min avro

2. Neymar (“Barselona” / Braziliya) – 150 milyon 700 min

3. Eden Azar (“Çelsi” / Belçika) – 130 milyon 500 min

4. Kriştianu Ronaldo (“Real” / Portuqaliya) – 114 milyon

5. Harri Keyn (“Tottenhem” / İngiltərə) – 90 milyon 300 min

6. Rahim Sterlinq (“Mançester Siti” / İngiltərə) – 89 milyon 800 min

7. Antuan Qrizmann (“Atletiko” / Fransa) – 88 milyon 300 min

8. Luis Suares (“Barselona” / Uruqvay) – 86 milyon 300 min

9. Serxio Aquero (“Mançester Siti” / Argentina) – 82 milyon 100 min

10. Aleksis Sançes (“Arsenal” / Çili) – 81 milyon 900 min

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.