Leyla Əliyevadan Yeni il şeiri
06 yanvar, 2016 12:57
Yeni illə əlaqədar yeni fotolarını bölüşən L.Əliyeva əkizləri Əli və Mikayıl ilə Yeni ilin atributu olan küknar ağacının qarşısında şəkillər çəkdirib.
Leyla Əliyeva onu izləyənlərə yeni ildə xoşbəxtlik arzu edib, yeni illə bağlı şeirini bölüşüb.
Həmin şeiri oxuculata təqdim edirik:
Bayram görüşümüzü yaman gözləyirəm mən
Həyəcanla, təlaşla.
Bu ana hazırlaşıb
Gizlətmişəm ürəyi balışımın altında.
Qəm-kədəri, qüssəni qovmuşam uzaqlara.
Yeni il yolkasında
Yandırdığım şamların itirmişəm sayını.
Buxarı da çırtaçırt yanır gur alovuyla
Mənsə çox gözləyirəm bayram görüşümüzü,
Qalıb gözüm yollarda.
Mən Yolkanın altına hədiyyələr düzmüşəm,
Gecə yarı olmamış, açasan hamısını.
İstərəm hamı üçün sən bir Günəş olasan.
Bu şəfəqdən mənə də kiçik pay ayırasan.
Sənə rəngli qablarda hədiyyə düzəldəcəm
Qapağını açanda sanma ki, içi boşdur.
Qutuların hamısı mənə əziz – ən yaxın
Saydığım insanların arzularıyla daşır... Sən Yeni il gecəsi onları aç, sevindir
Qoy nə arzu ediblər həyata keçsin bir-bir.
Sonra isə xəlvətdə, mənim də arzumu sor,
Bil ki, nədir istəyim, nədir arzu-diləyim?
İstəyirəm hər kəsin ulduzu lap gur yansın.
Mən səndən diləyəndə
Zaman da diləklərə ram olsun, həyan olsun.
Səni tələsdirərək əqrəbləri qovmasın.
Mən çox istəyirəm ki,
Ruhu təlaşlandıran dalğalar quzu olsun.
Mənə bir hədiyyə ver, lap xırda, həm də sadə.
Qoy lap təbəssüm etsin mənə doğma adamlar,
Bu xırda istəklərə...
İstədiyim odur ki,
Gecə həmdəmim olan mələk məni əfv etsin.
Ən böyük istəyimsə... –
Gur səslə deyim, eşit:
İstəyirəm əbədi bəxtəvər olasan sən!
Bu dünyada yaşayan bütün insanlar üçün!
Səninlə bu görüşü
Yaman gözləyirəm, bil
Tez gəl, bizi sevindir
Yeni il, ay Yeni il!
Aydan