Kimlər birinci instansiya məhkəmələrinin sədrləri təyin edildi?
31 dekabr, 2015 12:13
Sərəncamda qeyd olunur:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin sədrləri təyin edilsinlər:
Nəbiyev Mahmud Yusif oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri
Əliyev Natiq Mürsəl oğlu - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri
Süleymanov Əli Ziya oğlu - Cəlilabad Hərbi Məhkəməsinin sədri
Kazımov Elçin Məmməd oğlu - Lənkəran Rayon Məhkəməsinin sədri
2. Bu Sərəncam 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.