"Ulduz futbolçu"dan jurnalistə : "Səni çöldə tapıb, öldürəcəm"
31 dekabr, 2015 12:05
Hollandiyalı yarımmüdafiəçi jurnalistə hücum çəkib.
Belə ki, yeni ilin gəlişi ilə əlaqədar həyat yoldaşı Yolante Kabau və körpə oğlu Xesus Xava ilə ölkəsinə yollanan futbolçu İstanbul hava limanında problem yaşayıb.
Oğlunun sənədlərində problem olan futbolçunu həmin vaxt “Fanatik” nəşrinin fotoqrafı görüntüləyib.
Buna əsəbləşən Sneyder fotoqrafa hücum çəkib.
O, jurnalistdən şəkli silməyi tələb edib və media mənsubunu hədələyib:
“Səni çöldə tapıb, öldürəcəm. O şəkilləri sil”.
31 yaşlı oyunçu hətta telefonla media mənsubunun şəklini çəkmək istəsə də, təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra futbolçu istəyinə çata bilməyib.