Xəbərlər

Dövlət Neft Fondunun investisiya portfelində dəyişiklik olunub
31 dekabr, 2015 12:02

Yeni investisiya siyasətinə əsasən səhmlər və daşınmaz əmlaka investisiyaların həcmi artırılıb. 

Belə ki, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a edilmiş dəyişikliklərə uyğun olaraq, qəbul edilmiş yeni investisiya siyasətinə əsasən, maksimum yuxarı uzaqlaşma intervalı 2 faiz olmaqla investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri daşınmaz əmlaka yönləndirilə bilər.

 Qeyd edək ki, buna qədər ARDNF  investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədərini daşınmaz əmlaka yatıra bilərdi. 

Bundan başqa, yeni investisiya siyasətinə əsasən, səhm portfelinin həcmi artırılıb. 

Belə ki, yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 10%-i yox, 15%-ni səhmlərə yönəldilə bilər. 

Qeyd edək ki, investisiya siyasətində qızıla investisiyalarla bağlı dəyişiklik yoxdur.

 Yəni əvvəlki investisiya siyasətində olduğu kimi maksimum yuxarı uzaqlaşma intervalı 3% olmaqla Fondun investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər.

 Borc öhdəlikləri və pul bazarları alətləri portfeli – maksimum aşağı uzaqlaşma intervalı 5% olmaqla investisiya portfelinin məcmu dəyərinin 70%-i həcmində ola bilər. 

İnvestisiya siyasətinə əsasən 2016-cı ildə Neft Fondu əsas kapitalın itirilməsi riskinin aşağı olması şərti ilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasətini həyata keçirəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.