Xəbərlər

Fransa səfiri Xalça Muzeyində olub
30 dekabr, 2015 13:13

Muzeydən verilən məlumata görə, görüşdə muzeyin direktoru Röya Tağıyeva müəllifi olduğu “Azərbaycan xalçaları sivilizasiyanın kəsişməsində” adlı kitabını səfir xanım A.Buşezə hədiyyə edib. 

Bu kitab Fransanın Azərbaycandakı səfirliyi tərəfindən franasız dilinə tərcümə olunub.

Görüş zamanı Xalça Muzeyinin Fransa muzeyləri ilə sıx əlaqəsindən söhbət açılıb. Azərbaycan Xalça Muzeyi Fransa mədəniyyət qurumları ilə sıx əlaqələrə malikdir. 2007-ci ildə Parisdə, UNESCO-nun iqamətgahında görkəmli xalça ustası, xalq rəssamı Lətif Kərimovun 100 illiyinə həsr olunmuş “Azərbaycan xalça sənəti” adlı IV beynəlxalq simpoziumunu misal göstərmək olar. Ötən ay Fransanın məşhur Luvr Muzeyinin İslam Departamentinin direktoru Yannik Linzi də Muzeydə olub. Məqsəd Luvr Muzeyində Azərbaycan xalçalarının sərgisini keçirməkdir.

Görüşdə vurğulanıb ki, Luvr Muzeyi kimi böyük sənət məbədində Azərbaycan xalçalarına həsr olunan sərginin keçirilməsi xalqımız və onun mədəniyyəti üçün yüksək göstəricidir. Ən qiymətli, nadir nüsxəli Azərbaycan xalçaları Luvr Muzeyində saxlanılır ki, onların da sayı 50-yə yaxındır.

Qeyd olunub ki, xalça sənəti Azərbaycan dövlətinin daim diqqət mərkəzində olub. Azərbaycan xalçası 2010-cu il noyabrın 16-dan dünya mədəniyyətinin tərkibinə daxil edilib. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həmin tarixdə Azərbaycan xalçası YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Ona görə də qərara alınıb ki, hər il noyabrın 16-sı ölkəmizdə Xalça günü kimi qeyd edilsin.

Daha sonra ekspozisiyanı gəzən səfir Azərbaycan mədəniyyətinə və incəsənətinə heyranlığını ifadə edərək, muzeyin rəylər kitabına ürək sözlərini yazıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.