Adil əl Cubeyr: "Səudiyyə Ərəbistanı və Türkiyə arasında Birgə Strateji Şura yaradılacaq"
30 dekabr, 2015 13:06
Bu barədə Səudiyyə Ərəbistanının XİN rəhbəriAdil əl Cubeyr türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ər Riyadda keçirdiyi birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, kral Salman Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ilə Birgə Strateji Şuranın yaradılmasını müzakirə edib.
"Strateji Şuranın yaradılması Səudiyyə Ərəbistanı-Türkiyə münasibətlərində uğurlu irəliləyişə nail olmağa imkan yaradacaq”-deyə, Adil əl Cubeyr qeyd edib.
Onu da Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan dekabrın 29-da Ər Riyada ikigünlük səfərə gəlib.
Danışıqlar çərçivəsində ikitərəfli münasibətlərin və regional problemlərin müzakirəsi nəzərdə tutulub.