Siqaret kötüyünü yerə atanlar 300 avro, saqqızı küçəyə atanlar isə 30 avro cərimələnəcəklər
30 dekabr, 2015 13:05
Çünki bu ölkənin parlamentində ictimai yerləri çirkləndirənlərə qarşı tədbirlərin sərtləşdirilməsi ilə bağlı qanun qəbul edilib.
Məlumata görə, siqaret kötüyünü yerə atan vətəndaşlar 300 avro, saqqızı küçəyə atanlar 30 avro, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik stəkanları zibil qutularına məhəl qoymadan yerə tullayanlar isə 150 avro məbləğində cərimə olunacaqlar.
Cərimələrdən əldə olunacaq vəsaitin velosiped dayanacaqlarının abadlaşdırılmasına və tullantıların toplanması üzrə texnologiyaların tətbiqinə sərf edilməsi nəzərdə tutulub.
Parlament tərəfindən qəbul olunmuş qanun yerli idarəetmə orqanlarının üzərinə mümkün qədər çox zibil qutusu və külqabı quraşdırmaq öhdəliyi qoyur.