Neftin qiymətində qəfil bahalaşma
30 dekabr, 2015 12:59
Dünya birjalarında neftin qiymətində ani sıçrayış baş verib.
“Bloomberg"in məlumatına görə, dünya bazarında üstünlük təşkil edən Brent və Qərbi Texas markalı neftin bir barelinin dəyəri qəfil artmağa başlayıb.
Artım son yarım saatda 1 dollara yaxındır. Səhər və günorta saatlarında 36,50 dollar ətrafında olan Brent markalı neftin bareli 37,65, ABŞ-ın Qərbi Texas markalı xam neftinin bareli isə 37,70 dollar civarındadır.