“Fenomen” Ronaldo: “Qızıl top” Messiyə verilməlidir”
29 dekabr, 2015 12:57
Lionel Messi və Kriştianu Ronaldonu müqayisə edən “fenomen” Ronaldo “Qızıl top” mükafatına layiq hesab etdiyi oyunçunun adını açıqlayıb.
O bildirib ki, adaşı güclü futbolçu olsa da, Messidən geri qalır:
“Lionel Kriştianudan parlaq oyun nümayiş etdirir. Messinin çıxışı tamdı və əminəm ki, “Qızıl top” mükafatı bu il ona qismət olacaq. Mənim seçimim Leodur. “Qızıl top” Messiyə verilməlidir. Onun oyununu daha çox bəyənirəm. Messi meydanda maksimum dərəcədə effektli çıxış göstərir”.
Qeyd edək ki, braziliyalı Ronaldo karyerası ərzində 3 dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.