Xəbərlər

Daşqınlar 180 mindən çox insanı öz evini tərk etmək məcburiyyətində qoyub
29 dekabr, 2015 12:42
Son sutka ərzində  Uruqvayda təbii fəlakətdən zərərçəkənlərin sayı 16 311 nəfərə çatıb.
 
Məlumatda qeyd olunur ki, fəlakətdən daha çox Paraqvay zərər çəkir. 
 
Burada 140 min insan öz evini tərk etməyə məcbur olub. 
 
Ötən həftə güclü külək Paraqvayda onlarla ağacı kökündən qoparıb. 
 
Təbii fəlakət nəticəsində 4 nəfərin öldüyü təsdiqlənib.
 
Paytaxt Asunsonda elektrik təchizatı pozulub, ölkənin bir sıra bölgələrində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
 
Argentinanın 5 əyalətindən 20 mindən çox insan evakuasiya edilib, 2 nəfər güclü daşqınların qurbanı olub.
 
Braziliyanın cənubunda 2 200 nəfər ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. 
 
Riu-Qrandu ştatının 12 bələdiyyəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
 
Qeyd olunur ki, təbii fəlakət “El-Ninyo” iqlıim fenomeni ilə bağlıdır. "El-Ninyo" okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir.
 
Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.