Xəbərlər

Bakı Film İnstitutu tələbə qəbuluna start verib
28 dekabr, 2015 13:59
 Bununla əlaqədar olaraq BFİ “Biz sizi başa düşürük” adlı tanıtım kampaniyasına da start verib.
 
BFİ-nin rəhbəri, kinoprodüser Fehruz Şamıyev  bildirib ki, 2016-cı ildə kino təhsili mərkəzində yeniliklər olacaq:
 
“Biz Azərbaycanda kino sahəsindəki boşluqları nəzərə alaraq bu kursları yaratmışıq. İndiyək kinoprodüser, kinorejissor, aktyor kurslarının bir neçə buraxılışları olub. İlk dəfə olaraq isə ssenarist və videoqrafer ixtisasları  üzrə kurslar təşkil edirik. Hər ixtisas üzrə sənəd qəbulu 2016-cı il yanvar ayının 15-nə kimi davam edəcək. Kursların müddəti üç aydır. Türkiyə, İran, İngiltərədən olan mütəxəssislərlə danışıqlar artıq başa çatıb. Onların BFİ-də ssenarist ixtisası üzrə dərsləri nəzərdə tutulub”.
 
Yanvar ayında özünün 3 yaşını qeyd edəcək Bakı Film İnstitutunda indiyədək ölkənin peşəkar kino mütəxəssisləri öz biliklərini gənclərlə bölüşüblər. Kurslarda rejissorlar Şamil Əliyev, Adil Azay, Elşən Zeynallı, operator Kənan Məmmədov, kinoprodüserlər Müşfiq Hətəmov, Nəriman Məmmədov, Fehruz Şamıyev, ssenarist İlqar Fəhmi, aktyor Şövqi Hüseynov və başqalarının dərsləri keçirilib. Ötən buraxılışların kurs rəhbərləri isə kinorejissor Şamil Nəcəfzadə, kinoprodüser Əli İsa Cabbarov, aktyor- rejissor Qurban Məsimov olub. Bundan başqa mərkəzdə Avropa Kino Akademiyasının ən yaxşı prodüseri Zeynəb Özbatur Atakanın da üçlük treninqləri keçirilib.
 
F.Şamıyevin sözlərinə görə, BFİ- nin aktyor kursunun məzunları yerli serial və bədii filmlərdə rol alıb, o cümlədən kinoprodüser ixtisasından məzun olanlardan bəzilərihazırda Hollivudda, London Film Məktəbində təhsil alırlar:
 
“Bundan başqa, məzunların əksəriyyəti məhz bu kurslardan sonra kino sahəsində çalışmağa qərar veriblər. BFİ bazasında  bir neçə qısametrajlı filmlər, o cümlədən sosial çarxlar hazırlanıb. Həmin audiovisual məhsullar müxtəlif müsabiqələrdə iştirak edərək qalib olublar”.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.