Türkiyədə suriyalı jurnalist öldürülüb
28 dekabr, 2015 13:55
Jurnalist Suriya sərhəddinə yaxın Türkiyənin Qaziantep şəhərində öldürülüb.
Suriyada İŞİD-in cinayətlərindən bəhs edən film üzərində işləyən jurnalist, həmçinin “Hentah” qəzetinin baş redaktoru idi.
Naci əl-Cerf iki uşaq atası olub. Mərhumun yaxınları onun ölümünə görə “ekstremist qrupları” günahlandırırlar.
Pərvanə Sultanova