Gürcüstandan Azərbaycana avtomobil idxalı 5 dəfə azalıb
28 dekabr, 2015 13:38
Bu barədə Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.
Bildirilir ki, müvafiq dövr ərzində Gürcüstandan Azərbaycana ümumilikdə 61,24 milyon dollar dəyərində avtomobil idxal olunub.
Gürcüstana isə avtomobillər xaricdən idxal olunur.
Gürcüstandan Azərbaycana digər malların idxalına gəlincə, 2015-ci ilin yanvar-noyabr aylarında ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 2,21 dəfə az mal idxal olunub. 11 ay ərzində Gürcüstandan ümumilikdə Azərbaycana 231,28 milyon dollar dəyərində mal idxal olunub.