Xəbərlər

Musiqili Teatr Yeni İl şənliklərinə start verdi
25 dekabr, 2015 11:58
Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrında “Yeni İl” şənliklərinin 24 dekabr 2015-ci il tarixindən 6 yanvar 2016-cı il tarixinə qədər davam etməsi planlaşdırılır.
 
Hər gün dörd seansın keçirilməsi nəzərdə tutulur. Seanslar saat 10.30, 12.30, 14.30 və 16.30- da baş tutacaq.
 
Tamaşaçıları Azərbaycan Dövlət Musiqili Teatrında bu il tam fərqli, bir çox yenilik və sürprizlərlə zəngin olan əsl bayram şousu gözləyir. 
 
Balaca tamaşaçlar “Yeni İl” şənliklərində bir sıra maraqlı məqamlarla qarşılaşacaq, müxtəlif nağıl qəhrəmanları ilə birlikdə əylənə biləcəklər. Şaxtababa və Qarqız onlar üçün gözəl, sürpriz dolu hədiyyələr hazırlayıb.
 
Balacaların öz sevimli personajlarıyla canlı ünsiyyətdə olacağı nağıl-tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, rejissoru Anar Sadıqov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır. Tamaşanın musiqi tərtibatı Mehman Fərəcova məxsusdur.
 
Azərbaycan Dövlət Musiqili Teatrı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn 2016-cı il – Yeni İl Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir və hər kəsi yeni ili birlikdə qarşılamağa dəvət eləyir.
 
Teatrın təşkil etdiyi “Yeni İl” şənliklərində iştirak etmək istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından əldə edə bilərlər.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.