Səfir: “2015-ci il Azərbaycan İran münasibətlərində uğurlu bir il oldu”
25 dekabr, 2015 11:42
Bu barədə müsahibsəində İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
O bildirib ki, il ərzində qarşılıqlı olaraq yüksək səviyyəli səfərlər həyata keçirilib:
“Bu ilin əvvəlində İran xarici işlər naziri Azərbaycana səfər etdi və Azərbaycan rəhbərliyi ilə çox faydalı görüşlər keçirildi. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev da İrana səfər etdi. Bu səfərlər İranla “altılıq” ölkələri arasında əldə edilmiş razılaşmadan dərhal sonra həyata keçirildi.
Bu, onu göstərir ki, Azərbaycan İranla “altılıq” ölkələri arasında əldə edilmiş razılaşmanı dəstəkləyir. İranın müdafiə naziri Hüseyn Dehqanın Bakıya səfəri zamanı qərara alındı ki, müdafiə sahəsində iki ölkə arasında komissiya yaradılsın”.
Səfirin sözlərinə görə, komissiyanın yaradılması istiqamətində hazırda işlər davam etdirilir. Hər iki tərəfdən komissiyada təmsil olunan şəxslər təyin edilib, onların adları yaxın zamanlarda elan olunacaq.
Diplomatın sözlərinə görə, həyata keçirilən tədbirlər və səfərlər iki ölkə arasında gözəl əməkdaşlığın olduğunu göstərir. Eyni zamanda İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi bir daha vurğulandı.
Səfir enerji sahəsində də çox uğurlu əməkdaşlıq və danışıqların davam etdirildiyini, neft qaz sahəsində əməkdaşlığın inkişafı məsələlərinin hələ də müzakirə olunduğunu deyib.
Onun sözlərinə görə, 2015-ci ilin vacib hadisələrindən biri də Azərbaycanın OPEK-də müşahidəçi kimi iştirak etməsidir.
Tranzit sahəsində də mühüm hadisələrin baş verdiyini deyən Pakayin, nümunə kimi iki ölkənin dəmiryol xətlərinin birləşdirlməsi, İran və Azərbaycan Astaraları sı arasında körpünün tikilməsi qərarının verilməsidir. Bu, Şimal-Cənub dəhlizi üçün mühüm addım idi.
“Astara - Astara dəmiryolunun birləşdirilməsi 2016-cı ildə başa çatmalıdır. Gələn il Rəşt- Astara dəmiryol xəttininin çəkilməsi işlərinə başlanacaq. Qəzvin- Rəşt dəmiryol xətlərinin tikintisi isə 2017-ci ildə bitməlidir. Ümid edirik ki ki, bu istiqamətdə işləri tezliklə başa çatdıra biləcəyik”.
Pərvanə Sultanova