Xəbərlər

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun loqotipi təqdim olunub
24 dekabr, 2015 12:41

Tədbirdən əvvəl mərkəzin foyesində Qədim Musiqi Alətləri Ansamblının ifasında musiqilər səsləndirilib, UNESCO və İSESCO-nun xətti ilə ölkəmizdə keçirilən tədbirlər barədə məlumatları əks etdirən stendlər və misgərlik sənəti nümunələri sərgilənib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu tədbiri iki hadisəyə həsr etdiklərini söyləyib.

 Bunlardan biri “Lahıc misgərlik sənəti”nin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi ilə bağlıdır. 

Qeyd olunub ki, bu il noyabrın 30-da Namibiya Respublikasının paytaxtı Vindhuk şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilib. 

Azərbaycan tərəfindən “Lahıc misgərlik sənəti” nominasiyası təqdim olunub və fayl Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiyanın bütün kriteriyalarına cavab verməklə yanaşı, nümunəvi namizədlik faylı kimi UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. 

Bununla da tar, muğam, aşıq, kəlağayı sənəti və digər mədəniyyət nümunələrimlə bərabər Lahıc misgərlik sənəti də bəşəriyyətin məxsus olub.

Diqqətə çatdırılıb ki, bu prosesləri uğurla həyata keçirmək üçün bir çox amillər lazımdır.

 Bunlardan bir də beynəlxalq aləmdə ölkəmizin nüfuza sahib olmasıdır. Vurğulanıb ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın UNESCO-dakı fəaliyyəti nəticəsində buna nail olmuşuq.

Nazir eyni zamanda bildirib ki, 2016-cı il aprelin 25-dən 27-dək Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək.

 Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Misgərlik sənətinin vətəni olan Lahıcla bağlı video çarx nümayiş edildikdən sonra BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun loqotipinin və internet səhifəsinin təqdimatı olub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.