Xəbərlər

Aktrisa Ülviyyə Əliyeva xeyriyyə konserti verəcək
24 dekabr, 2015 12:39
30 dekabr 2015-ci il tarixdə baş tutacaq konsert proqramı Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında keçiriləcək.
 
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı – 2016-cı ilin gəlişi münasibətilə təşkil olunan xeyriyyə konsertində Qarqızın xüsusi hədiyyələri olacaq. Qarqız obrazını isə hamının “Keyxanım” kimi tanıyıb sevdiyi istedadlı və gənc aktrisa, konsertin təşkilatçısı Ülviyyə Əliyeva canlandıracaq. “Hansısa bayramda, əziz gündə kimisə sevindirmək, şadlandırmaq çox savab bir işdir. Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası elə bir yerdi ki, orda olanların qayğıya, diqqətə daha çox ehtiyacı var. Yəni bu cür ağır xəstəliyin pəncəsində olanları yad etmək, onları sevindirmək, bir-iki saatlığa olsa belə ağrılarını unutmağa yardımçı olmaqdan böyük, savab iş varmı?”, - deyə Ülviyyə Əliyeva bildirib.
 
Konsert proqramında Şaxtababa, klounlar, nağıl personajlarının iştirakı ilə maraqlı səhnəciklər nümayiş olunacaq və klinikada xəstə yatan bütün uşaqlara sürprizlərlə dolu hədiyyələr təqdim ediləcək.
 
Qeyd edək ki, bu, Ülviyyə Əliyevanın ilk xeyriyyə konserti deyil. O ötən ay – 10 noyabr tarixində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Konstitutsiya Günü münasibətilə elə Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında konsert proqramı ilə çıxış edib.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.