Xəbərlər

Millət vəkili Boluda “Ayrılarmı könül candan: Türkiyə-Azərbaycan” adlı konfrans təşkil edib
24 dekabr, 2015 12:31
 Q. Paşayeva konfransda "Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır" - deyib.
 
Bolu Türk Ocakları və bələdiyyəsinin dəvəti ilə Boluda səfərdə olan millət vəkili təşkil etdiyi “Ayrılarmı könül candan: Türkiyə-Azərbaycan” adlı konfransda Bolunun  bir sıra rəsmi şəxsləri, ziyalıları, KİV nümayəndələri və gənclər iştirak edib.  
 
Bolu Türk Ocaklarının, Bolu Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən konfransda geniş məruzə edən Qənirə Paşayeva çıxışında Türk kökənli bütün insanlarımızın Türk dünyasının müxtəlif bölgələrində yaşadığı ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunun vacibliyindən geniş danışıb. Q.Paşayeva aydınlara, KİV-lərə səslənərək "topluma örnək olaraq, bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq" - deyib: "Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq".
 
Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrı-acı, problemləri barədə geniş məlumat verən millət vəkili Qənirə Paşayeva bildirib ki, güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik. Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə də geniş çıxış edən millət vəkili deyib ki, qardaşlıq həm yaxşı, həm də çətin gündə birlikdə olmaqdır: "Azərbaycan xaqı hər zaman qardaş Türkiyənin yanındadır. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə isə sizin olduğu qədər bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar".
 
Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir", Azərbaycan prezidenti İlham Əliyevin "Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür" düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Dağlıq Qarabağ münaqişəsindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır: "Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq".
 
Bu məsələdə ailələrimizin, müəllimlərimizin, aydınlar və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. O,  Bolunun mərkəzi parklardan birinə Qarabağın adının verilməsi ilə bağlı təklifinin bələdiyyə başqanı tərəfindən dəstəkləndiyini deyərək bu cür addımların önəmindən də danışıb. Millət vəkili çıxışını “inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil” deyərək bitirib.
 
Qənirə Paşayeva tədbir iştirakçılarının suallarını da geniş cavablandırıb və tədbirin sonunda özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri”, “Hocalı Soykırımı: tanıkların dilinden” kitablarını tədbir iştirakçılarına imzalı hədiyyə etməklə yanaşı, Azərbaycan tarixi, Qarabağ həqiqətləri ilə bağlı material, kitab və sənədli filmləri onlara hədiyyə edib və ailələri, gəncləri onları yaxşı oxumağa və öyrənməyə çağırıb. 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.