Xəbərlər

İki nazirlik birlikdə Bakı və Sumqayıtda bayram yarmarkaları təşkil edəcək
24 dekabr, 2015 12:30

 Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə keçirəcəyi yarmarkalarda məqsəd əhalinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısını almaqdır.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin mütəxəssislərindən ibarət işçi qrupları yarmarkalara təhkim olunaraq satılan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, istehlak üçün yararlılığına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. 

Eyni zamanda, bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Yarmarkalar aşağıdakı ünvanlarda təşkil ediləcək:

1. Səbail rayonu Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1;

2. Suraxanı rayonu, Malik Mustafayev küçəsi 4, keçid 1848, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin yanı, stadionun yaxınlığı;

3. Binəqədi rayonu, Dərnəgül, Koroğlu Rəhimov küçəsi 534.

4. Nərimanov rayonu, Keşlə bazarı;

5. Xətai rayonu, Əhmədli, Bakı kino teatrının yaxınlığı, Məzahir Rüstəmov küçəsi ilə Sarayev küçəsinin kəsişməsi;

6. Sumqayıt şəhəri, 12-ci mikrorayon, Dəmir yolu vağzalının yanı.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.