Xəbərlər

Qırğızıstan prezidenti: “Türkiyə üzr istəməlidir”
24 dekabr, 2015 12:27

Bu barədə 2015-ci ilin yekunları üzrə keçirdiyi mətbuat konfransında Qırğızıstan prezidentiAlmazbek Atambayev bildirib.

“Biz dərhal bəyan etdik ki, Türkiyə belə radikal tədbirlərə əl atmalı deyildi. Bu faciəli səhv idi və həm türk, həm rus xalqları üçün bir fəlakətə çevrildi”, prezident deyib.

Onun sözlərinə görə, hazırda vəziyyət mənfi istiqamətə gedir:

“Biz bu mövzuda prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanla danışmışıq, təyyarənin vurulması qərarı tamamilə səhv idi.

Əgər hətta təyyarə 17 saniyə ərzində Türkiyə ərazisinə uçmuşdusa belə, bu 17 saniyəyə görə 20 ildən artıq olan qarşılıqlı münasibətlərə zərbə vurmaq olmazdı.

Bizim ərazimizə qonşu ölkənin uçan aparatı saniyələr deyil, bir saat ərzində uçuş etmişdi, amma onu vurmadıq. Bizə sülh vacibdir. Ümid edirəm ki, Türkiyə və Rusiya bu vəziyyəti aydınlaşdıra biləcəklər”.

Atambayeva görə, Türkiyə üzr istəməlidir: “Mənim üçün əsas prinsip budur - ən pis sülh ən yaxşı müharibədən yaxşıdır. Bəzən səbrli olmaq lazımdır. Bu, iki ölkə üçün iqtisadi və siyasi cəhətdən faydalı deyil”.

Pərvanə Sultanova

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.