2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən dövlət başçısı qeyd edib ki, neft gəlirlərimizin aşağı düşməsi milli valyutamıza da mənfi təsir edib.
“Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin 3 dəfə aşağı düşməsidir. Manatın məzənnəsinin aşağı salılnması qaçılmaz idi.
İl ərzində çalışırdıq ki, mümkün dərəcədə bunun qarşısnı alaq. Neftin qiymətlərinin sabitləşməsini gözləyirdik. Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəndə artıq biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq. Hazırda neftin qiyməti 36 dollara düşüb”.
İlham Əliyev “biz çalışıacağıq ki, bu vəziyyətin fəsadlarını minimum səviyyəsinə endirək”, deyib.
Prezident hökumətin qarşısında makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın minimal səviyyədə olması, ölkədə istehsal olunan ərzaq məhsullarının, tikinti materillarının, yanacağın qiymətinin sabit saxlanılması ilə bağlı vəzifələrin qoyulduğunu diqqətə çatdırdı.
O, süni bahalaşmaya yol verənlərə cəza tədbirlərinin görüləcəyini vurğuladı. Dövlət başçısı iqtisadi maliyyə sektorunda daha ciddi islahatların aparılacağını, iqtisadi liberallaşma siyasətinin aparılacağını, gömrük və vergi sistemində maksimum şəffaflığın təmin ediləcəyini bildirdi.