Xəbərlər

“Nizami”dən danışma və eşitmə qüsurlu uşaqlar üçün müjdə
23 dekabr, 2015 13:17

 Hər zaman yeniliklərə açıq olan mərkəz dekabrın 21-də MEGOGO onlayn –kinoteatrı ilə birgə Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 3№-li İnternat Evinin danışma və eşitmə qüsuru olan sakinlərinə surdotərcümə ilə “Oz: uçan meymunların basqını”animasiya filmini təqdim edib.

 Böyük maraqla filmi izləyən səksəndən artıq uşaq nümayişdən sonra “Nizami” Kino Mərkəzi tərəfindən kinomərkəzin “Nizami Restaurant & Lounge” restoranında nahara dəvət olunub.

Balaca qonaqlar adından internatın müəllimləri uşaqlar üçün hazırlanmış tədbirə görə bütün zəhməti olan insanlara təşəkkürlərini bildiriblər.

“Nizami” Kino Mərkəzinin rəhbərliyi bu xeyirxah təşəbbüsdə MEGOGO onlayn-kinoteatrına daima dəstəyə hazır olduğunu qeyd edib. Qarşılıqlı olaraq MEGOGO –onlayn –kinoteatrının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Xəlilov “Nizami” Kino Mərkəzi ilə əməkdaşlığın davamlı olacağını arzu edib.

Xatirladaq ki, ilk leqal videoplatforma olan MEGOGO – onlayn –kinoteatrı “Bax necə eşidirsən” layihəsi daxilində surdotərcümə studiyası yaradıb və danışma və eşitmə qüsuru olan insanlar ücün filmlərin surdotərcüməsini və bu filmlərin xüsusi kataloqunu hazırlayır. MEGOGO onlayn-kinoteatrın əməkdaşları “Bax necə eşidirsən” layihəsi daxilində respublikanın bölgələrində də bu aksiyanın keçirilməsini  planlaşdırır.

Aytən

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.