Xəbərlər

Firəngiz Mütəllimova: “Ələsgər ayaq üstdə dayana bilmədiyi üçün rolundan imtina etdi”
23 dekabr, 2015 13:16
Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası açıqlamasında aktyorla ən son Stefan Sfeyqin “Yad qadın”ında oynadıqlarını deyib.
 
“Ələsgərlə həddindən artıq çox sayda tamaşalarda tərəf-müqabili olmuşuq. Həmçinin qastrollar səfərlərində olmuşuq. Onunla Nazim Hikmətin “Şəhərdə manyak var” tamaşasında da oynamalı idik.
 
Amma o dedi ki, yox, bu tamaşada aktyor gərək səhnədə çox dayansın, əziyyəti çoxdur. İndi düşünürəm ki, yəqin səhhətində problemlərinə görə roldan imtina etdi” – deyə, F.Mütəllimova deyib:
 
“Mən 1980-ci ildə Akademik Milli Dram Teatrına gələndə Ələsgər artıq teatrda idi. O, ilk növbədə çox gözəl insan idi. Çox sülhsevər, humanist, sakit, hamıya hörmətlə yanaşardı.
 
Onun vəfatı xəbərini eşidəndə həddindən artıq üzüldüm, pis oldum.
 
İtirə-itirə gedirik. Doğrudan da, Ələsgərin ölümü qəfil oldu. Həmişə şux, şən adam idi. Özünün də müsahibəsində dediyi kimi, sanki gözə gəldi. Allahdan rəhmət diləyirəm. Ümid edirəm ki, 2016-cı ildən aktyorlarımızdan şad xəbərlər eşidəcəyik” .
 
Xatırladaq ki, Ə.Məmmədoğlu uzun sürən xəstəlikdən sonra dekabrın 21-də dünyasını dəyişib.
 
Aydan
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.