Xəbərlər

Şir dərilərinin ABŞ-a gətirilməsinə ciddi məhdudiyyətlər tətbiq ediləcək
23 dekabr, 2015 13:11
ABŞ-ın Balıq Ehtiyatlarının və Heyvanat Aləminin Mühafizəsi Xidməti elan edib ki, bu qərar vəhşi təbiətdə şirlərin populyasiyasının kəskin azalması ilə əlaqədar qəbul edilib.
 
Xidmətin məlumatına görə, hazırda dünyada təqribən 20 min belə heyvan qalıb. Məlumatda deyilir:
 
“Son 20 ildə şirlərin populyasiyası yaşayış məskəninin, yem bazasının itirilməsi və bu heyvanların insanlar tərəfindən məhv edilməsi səbəbindən 43 faiz azalıb”.
 
Xidmət xüsusi mühafizə olunan heyvanların siyahısına Hindistanda və Afrikada rast gəlinən şirlərin iki yarımnövünü daxil edib. 
 
Məlumatda vurğulanıb ki, onlardan biri - Hindistanda, habelə Qərbi və Mərkəzi Afrikada məskunlaşan “Panthera leo leo” nəsli kəsilməkdə olan, ikincisi - Şərqi və Cənubi Afrikada məskunlaşan “Panthera leo melanochaita” nəsli kəsilmək təhlükəsində olan şir sayılacaq.
 
ABŞ hakimiyyət orqanları elan ediblər ki, şir dərilərinin qənimət kimi ABŞ-a gətirilməsinə ciddi məhdudiyyətlər tətbiq ediləcək.
 
Ekoloqların fikrincə, bu kimi tədbirlər Afrika ölkələrində safariyə marağı azaltmalıdır. 
 
İndi şir dərilərini Birləşmiş Ştatlara yalnız xüsusi lisenziya vasitəsilə, habelə vəhşi təbiətin mühafizəsi sahəsində ciddi proqramlar həyata keçirən, brakonyerlərə qarşı sərt mübarizə aparan dövlətlərdən idxal etmək olar.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.