Ramiz Həsənov: “12 milli standart artıq təsdiq olunub”
23 dekabr, 2015 12:58
Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovdilə gətirib.
Onun sözlərinə görə, Kodeks Alimentarius standartları əsasında hazırlanmış 12 milli standart artıq təsdiq olunub.
O, deyib ki, standartlaşdırma sahəsində inkişafın sürətləndirilməsi məqsədi ilə 2013-cü ildə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu yaradılıb:
“Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Bakı şəhəri yaxınlığında tikiləcək yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşası və gələcək fəaliyyətinin təmin edilməsi üzrə tətbiq ediləcək standartların hazırlanmasını və Azərbaycan Respublikasının dövlət standartları kimi qeydiyyata alınmasının təmin edilməsini əhatə edən saziş imzalanıb.
İnstitut tərəfindən qısa müddət ərzində 140 standart işlənib hazırlanıb.
Yerli məhsulların rəqabət və ixrac qabiliyyətinin yüksəldilməsi istiqamətində beynəlxalq və Avropa standartları əsasında milli standartların hazırlanması məqsədilə Komitə tərəfindən “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin tərkibində “Sənaye məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitə yaradılıb...”