Həsən Seyidbəylinin 95 illik yubileyi qeyd ediləcək
22 dekabr, 2015 14:00
Fonddan verilən məlumata əsasən, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilir.
Qeyd edək ki, Həsən Seyidbəyli 1920-ci il dekabrın 22-də doğulub. 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakultəsində təhsil alıb.
“Azərbaycanfilm” kinostudiyasında kinorejissor, 1963-1980-cı illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib.
“İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub.
“Telefonçu qız”, povesti “Cəbhədən-cəbhəyə”, “Tərsanə”, “Çiçək”, romanları, “Dəniz cəsurları sevir”, Sən nə üçün susursan” (Hər ikisi İ Qasımovla birgə) pyeslərin “Uzaq sahillərdə” (İ. Qasımovla birgə) romanların müəllifidir.
Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülmüşdür. “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Qızmar günəş altında”, “ Oqızı tapın”, Yolda əhvalat”, “Sən niyə susursan?, “Uzaq sahillərdə” (İ. Qasımovla birlikdə) və neçə-neçə gözəl filmlərin rejissoru və ssenari müəllifidir.
Görkəmli sənətkar 25 iyun 1980-cıi ildə 59 yaşında vəfat edib.
Aydan