Xəbərlər

Hadi Rəcəbli: “Bazarın qorunması lazımdır”
22 dekabr, 2015 13:55
 Bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dilə gətirib.
 
Onun sözlərinə görə, dünyada neçə illərdir yaşanan maliyyə-iqtisadi kataklizmlər bu və ya digər şəkildə ölkələrin iqtisadiyyatlarına da ciddi təsir göstərir və proseslər bir çox hallarda da devalvasiyalarla müşaiyət olunur.
 
O, xatırladıb ki, Azərbaycanla eyni regionda yerləşən ölkələrdə də devalvasiyalar yaşanıb və yaşanmaqdadır.
 
“Həmçinin, ABŞ-la, Qərblə Rusiya arasında, Türkiyəylə Rusia arasında yaşanan gərginliklər də bu proseslərə təsirsiz ötüşmür və beləliklə də devalvasiya istər-istəməz qaçılmaz olur.
 
Azərbaycanda da növbəti devalvasiya dalğasının yaşanması, “üzən məzənnə”yə keçilməsi bu baxımdan qaçılmaz oldu və dünyanın aparıcı iqtisadçı-ekspertləri belə  Azərbaycanının bu addımının doğru olduğunu bildirməkdədirlər.
 
Qeyd edim ki, əhalinin bu məsələdən ciddi zərər görməməsi üçün də dövlət, hökumət tərəfindən addımlar atılır və atılmalıdır. Dünən elə ölkə Prezidenti İlham Əliyev  tərəfindən bu istiqamətdə növbəti addım atıldı, əlil və şəhid ailələri üçün 10 milyon manat ayrıldı. Bu, çox əhəmiyyətli bir addımdır.
 
Eyni zamanda, hesab edirəm ki,  məsələ ətrafında cəmiyyətdə yaranmış şoku aradan qaldlırmaq üçün geniş maarifləndirmə işləri aparılmalıdır.
 
Ölkədə istehlak mədəniyyəti yüksəldilməlidir, insanlar bir az da qənaətcil olmağa təlqin edilməlidir. Həmçinin, bazarın qorunması, qiymətlərin aşağı salınması lazımdır.
 
Cənab Prezidentin özü də hələ bir neçə ay öncə çıxışında 2016-cı ilin kifayət qədər ağrılı, çətin il olacağını söyləmişdi və müvafiq tapşırıqlarını da vermişdi.
 
Bu baxımdan hesab edirəm ki, həmin tapşırıqların icrası yönündə addımlar sürətləndiriləcək, eyni zamanda, digər zəruri addımlar atılacaq və ölkəmiz bu sınaqdan da üzüağ çıxacaq” - deyə, H.Rəcəbli sözlərinə əlavə edib.
 
Kamil Həmzəoğlu
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.