Terrorçular avtobusa hücum etdi, müsəlmanlar xristianlara sipər oldu
22 dekabr, 2015 13:53
Terror təşkilatı olan “Əş Şabab” paytaxt Nayrobidən Manderaya gedən sərnişin avtobusuna silahlı basqın edib.
Onlar sərnişinləri dinlərinə görə iki qrupa ayırmaq istəyiblər. Lakin müsəlmanlar xristianları qorumaq üçün bundan imtina ediblər.
Şahidlərin sözlərinə görə, 10 terrorçu avtobus əhatəyə alıb.
Müsəlmanların və xristianların ayrılmasını tələb ediblər. Lakin müsəlmanlar avtobusdan enməkdən imtina ediblər:
“Bizə atəş açaraq öldürməklə təhdid etdilər. Amma biz qardaşlarımızı qorumaq üçün onlardan ayrılmadıq. Terrorçullar bundan sonra çıxıb getdilər. Amma geri qayıdacaqlarını dedilər”, - deyə sərnişinlər bildiriblər.
Qeyd edək ki, “Əş Şabab” Somalidə federal keçid hökümətinə qarşı mübarizə üçün 2011-ci ildə qurulan silahalaı qruplaşmadır. Müntəzəm olaraq silahalı basqınlar, terror aktları həyata keçirirlər.