Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları uzadılması qərarı qüvvəyə minib
22 dekabr, 2015 13:52
Sanksiyalar gələn il 6 ay müddətinə, 31 yanvar-31 iyul tarixlərində qüvvədə olacaq.
Sanksiyalar paketində hər hansı dəyişiklik yoxdur. Sanksiyaların uzadılması ilə bağlı son qərar bazar ertəsi yazılı qaydada qəbul edilib.
Xatırladaq ki, Aİ Şurası sanksiyaların müddətini rəsmi Moskvanın Ukrayna münaqişənin həlli üzrə Minsk müqaviləsinin şərtlərini yerinə yetirmədiyi üçün uzadıb.
Rusiyaya qarşı iqtisadi saksiyalar 2014-cü il 1 avqust tarixindən tətbiq olunur.
Pərvanə Sultanova