Bu barədə Britaniyanın “İHS” Araşdırma Mərkəzinin hesabatında deyilir.
Hesabata görə, İŞİD-in ən əhəmiyyətli itkinləri ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələrinin hava hücumlarını həyata keçirdiyi Suriya və İraqın şimalında olub.
Terror qruplaşması Suriya-Türkiyə sərhəddindəki Təl Abyad, İraqın Tikrit şəhəri və Bayci neft emalı zavodu, həmçinin Rakka ilə Mosul arasındakı əsas yola nəzarəti itirib.
Amma itirdikləri yerlərin əvəzinə yeni əraziləri də ələ keçiriblər. Suriyanın Palmira şəhəri və İraqın ən böyük əyaləti Ramadi İŞİD-in əsas qazancları arasındadır.
Hesabatda deyilir ki, bu il İraq rəhbərliyi torpaqlarının 6 faizini, Kürdüstan muxtariyyəti isə 2 faizini geri alıb.
Ən böyük torpaq itkisini isə Suriya rəhbərliyi yaşayıb, belə ki, ölkə torpaqlarının 16 faizini itirib.
“İHS” araşdırmasına görə, hazırda İŞİD 78 min kvadrat kilometr əraziyə malikdir.
Qeyd edək ki, İŞİD bü gün dünyada təhlükəsizlik üçün ən böyük təhdiddir. Ötən üç il ərzində terror qruplaşması İraq və Suriyada əhəmiyyətli dərəcədə ərazilər ələ keçirməyə nail olub. Onlar öz terror fəaliyyətlərini Şimali Afrika, xüsusilə Liviyada yaymağa çalışırlar. Ekstremist təşkilatda yaraqlıların sayı 50- 200 min arasında dəyişir.
Pərvanə Sultanova