Turizm Assosiasiyasi: "Xarici turlar da bahalaşacaq"
22 dekabr, 2015 13:44
Qiymətlərdə mütləq fərqlilik yaranacaq.
Bunu açıqlamasında Turizm Assosiasiyasinin (AzTA) rəhbəri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, bütün xarici turlar dollarla alınır. Buna görə də, məzənnənin dəyişməsinə uyğun olaraq qiymətlər də artacaq: "Amma bu süni bahalaşma olmayacaq. Kurs nə qədər dəyişibsə, bahalaşma da o qədər olacaq".
Assosiasiya rəhbəri deyir ki, bu günə qədər alınan turlar olduğu kimi davam edəcək, yəni pulu ödənilənlər bahalaşmayacaq. Yeni turlarda isə mütləq fərq olacaq. AzTA-nın rəhbəri bildirib ki, bu vəziyyətdən çıxış yollarından biri daxili turizmi inkişaf etdirməkdir: "Ölkədən getmə turizmini müəyyən qədər kənara qoyub daxili turizmi inkişaf etdirmək lazımdır. Devalvasiyadan ancaq bu formada yararlanmaq olar".