Asfalta uzanıb "selfie" çəkənlərin dəhşətli aqibəti
21 dekabr, 2015 13:20
Antalya şəhərində 5 gənc avtomobil yolunda "selfie" çəkdirmək istəyib.
Hərəkət etdikləri avtomobili yol kənarında saxalayan gənclər asfalta uzanıb.
Bu zaman hərəkətdə olan yük avtomobili onların üstündən keçib.
Nəticədə gənclərdən ikisi hadisə yerindəcə keçinib. Digər üç nəfər isə son anda qəzadan xilas ola bilib.
Qeyd edək ki, sözügedən gənclər istirahətdən qayıdırmış.