"Günəşli" yatağında xəsarət alan neftçilərdən 4-ü evə buraxılıb
21 dekabr, 2015 13:15
MNX-nın mətbuat katibiAytən Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, xəstəxanada olan neftçilərin müalicəsi davam etdirilir.
Onun sözlərinə görə, neftçilər - Rəşid Hüseynov, Raman Yusubov, Ədalət Dadaşov və İsmayıl Mehdiyev müalicələri baş çatdığı üçün evə buraxılıblar: “Hazırda xəstəxanada olan 10 neftçinin müalicəsi davam edir”.
Qeyd edək ki, dekabrın 4-də baş verən qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.