Xəbərlər

Azad Rəhimov: “Formula 1-də yol təmiri üçün xərclər 12 milyon manat nəzərdə tutulub”
18 dekabr, 2015 12:59

 Bu barədə gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Nazir qeyd edib ki, biletlərin qiyməti 19 manatdan başlayır:

“Azərbaycanlılara biletlərin qiymətində 40 faiz endirim olacaq. Məqsədimiz Bakı sakinlərinə maneə yaratmamaqdı. Çalışacağıq ki, mümkün qədər tıxac olmasın. Bunun üçün lazımi tədbirlər görüləcək.

Hər bir ölkə Formula 1 yarışlarında təmsil olunmağı arzulayır. Gələcəkdə ola bilsin ki, burda Azərbaycan da təmsil olunsun. Dövlətin bu idman növündə komanda yaratmaq planı yoxdu. Əgər hansısa biznesmen bunu etmək istəsə, dəstək verərik”.

Azad Rəhimov sözlərinə əlavə edib ki, Formula 1-də yollar üçün aparılan işlərə 12 milyon manat pul xərclənməyi nəzərdə tutulub:

“Həmçinin Əməliyyat Komitəsi hələlik 5 milyon pul xərcləyib. Bu, təbliğat və işçilərin əmək haqqına sərf olunub. Bundan əlavə, Azadlıq Meydanında pits-stop tikiləcək Pilotlar, rəsmilər və komandalar ümumilikdə 2500 nəfər təşkil edəcək. Onlar üçün yerlər artıq tutulub. Yollar bir dəfə düzələcək və növbəti illərdə təmirə ehtiyac olmayacaq. Müqavilə 10 illik nəzərdə tutulub. Amma 5 ildən sonra davam da edə bilərik, imtina da. Bu bizim qərarımızdan asılı olacaq. Əməliyyat şirkətində 50-yə yaxın yerli, 3 əcnəbi çalışır. Çalışacağıq ki, gələn ildən ancaq yerlilər olsun”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.