Polşada "Koroğlu" dastanının tərcüməçisinin xatirə lövhəsi açılıb
18 dekabr, 2015 12:51
Ölkəmizin Polşadakı səfirliyindən verilən məlumata görə, xatirə lövhəsinin açılışında Vrotslav Universitetinin rektoru professor Marek Boyarski, prorektorlar, senatın üzvləri, müəllim və tələbələr iştirak ediblər.
Vrotslav Universitetinin rektoru professor Marek Boyarski bildirib ki, tanınmış polyak şərqşünası Aleksandr Xozdkonu onlara səfir Həsən Həsənov tanıdıb:
O, Azərbaycan xalqının özünün dəyərli ədəbiyyat nümunələrinə qiymət verməklə bərabər, Aleksandr Xodzko kimi alimləri unutmadığına görə dərin təşəkkürünü bildirib. Universitetdə qurulmuş xatirə lövhəsinin Azərbaycana yönəlik marağın artmasına səbəb olacağına və ölkələrimiz arasında mövcud əlaqələrin güclənməsinə müsbət töhfə verəcəyi vurğulayıb.
Səfir H. Həsənov səfirlik tərəfindən həyata keçirilən “Biz Unutmuruq” layihəsi çərçivəsində vaxtı ilə öz fəaliyyətləri ilə Azərbaycan və Polşa əlaqələrinin inkişafına töhfə vermiş şəxslərin xatirəsinə bu ölkənin bir sıra şəhərlərində 12 abidə, barelyef və lövhələr qurulduğunu deyib.
İştirakçılara müasir dövr Azərbaycan Polşa əlaqələri haqda məlumat verilib, xatirə lövhəsinin açılışının iki ölkə arasında yüksək rəhbərlik səviyyəsində qurulmuş dostluq və əməkdaşlıq münasibətlərinin təcəssümü olduğu diqqətə çatdırılıb.
H. Həsənov və Vrotslav Universitetinin rektoru professor Marek Boyarski Koroğlu dastanının tərcüməçisi şərqşünas alim Aleksandr Xodzkoya həsr olunmuş xatirə lövhəsinin açılışını ediblər.
Sonda Azərbaycan mətbəxinin ləziz yeməklərindən ibarət ziyafət verilib.
Pərvanə Sultanova