Xəbərlər

Ermənistanda keçirilmiş referendum Avropada tənqid olunub
18 dekabr, 2015 12:47
Yazıda sözügedən referendum zamanı aşağıdakı məqamlara toxunulub.
 
Bildirilib ki, ənənəvi olaraq seçkiləri müşahidə edən beynəlxalq təşkilatlar tərəfindən göndərilən müşahidəçilərin sayı çox az olub. 
 
Xüsusən qeyd olunmalıdır ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu başqa hallarda bir qayda olaraq, müşahidə üçün yüzlərlə şəxs göndərməsinə baxmayaraq, bu qurum sözügedən referendumu izləmək üçün 4 ekspertlə kifayətlənib və referendumla bağlı hesabatını 2016-ci ilin fevralında yayacaq.
 
Yazıda vurğulanıb ki, referendum ciddi pozuntular şəraitində keçirilib. Misal üçün, Kasax kəndində 178 sakin bir mənzildə “qeydiyyatda olmuş”, həmçinin seçicilərin kütləvi şəkildə səsvermə məntəqələrinə daşınması, onlara təlimatların verilməsi və gizli səsvermə hüquqlarının pozulması, eləcə də səslərinin korrupsiya yolu ilə alınması halları bir sıra müxalif partiyalar və QHT-lərin nümayəndələri tərəfindən qeydə alınıb.
 
Ermənistanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, referendumda iştirak faizi minimum səviyyədən yalnız 0.5 faiz olub. 
 
Rəsmi məlumata görə, seçicilərin 63,35 faizi yeni konstitusiyanı dəstəkləmiş, lakin bu nəticə səsvermə hüququ olanların yalnız 31 faizini təşkil edir.
 
Referendumun sabahı Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi F.Moqerini ölkə ilə Aİ arasında yeni müqavilə üzrə danışıqların başlanması haqqında bəyanatla çıxış edib.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.