Xəbərlər

Cavid Qurbanov: “Bəzi sahələrə, fəaliyyət növlərinə lisenziyaların verilməsi müddətinin uzaldılması məsələsinə baxılmalıdır”
18 dekabr, 2015 12:37
 Bunu millət vəkili, “Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədriCavid Qurbanov “Lisenziyalar və icazələr haqqında” yeni qanun layihəsinin  parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 17-də keçirilən iclasında müzakirəsi zamanı dilə gətirib.
 
C.Qurbanov çıxışı zamanı ilk öncə qanun layihəsin qəbulunun tərəfdarı olduğunu deyib və bildirib ki, vaxtı ilə avtomobil yolları sektorunda işləyərkən lisenziyalarla bağlı problemlərlə tez-tez üzləşməli olurlarmış:
 
“Avtomobil yolları əgər dövlət tərəfindən yaranırsa, onunla bağlı qurumların hansısa təşkilatdan lisenziya almasına nə ehtiyac vardı? Çox təəəssüflər olsun ki, biz bu məsələdə xeyli problemlərlə üzləşməli olurduq. 
 
Ona görə bəzi fəaliyyət növləri istisna olunmaqla, elə dediyim sahədə də lisenziyaların alınmasına ehtiyac olmamalıdır və bu məsələ müvafiq formada sözügedən sənəddə öz əksini tapmalıdlır.
 
Bununla yanaşı, hesab edirəm ki, dövlət təhlükəsizliyi ilə bağlı olmayan bəzi fəaliyyət növlərinə lisenziyaların verilməsinin müddəti məsələsinə də baxılmalıdır. Məsələn, Türkiyədə taksilərlə bağlı lisenziyalar 15 illiyinə verilir. 15 il tamam olandan sonra yenə də  bu vaxt uzadılır.
 
Bu baxımdan  hesab edirəm ki, bizdə də bəzi sahələrdə fəaliyyət növlərinə  lisenziyaların verilməsi müddətinin uzaldılması məsələni baxılmalı və o, reallaşdırılmalıdır”.
 
Digər millət vəkili İlham Əliyev isə həmkarının təklifi ilə qismən razılaşmayıb.
 
O, bildirib ki, əksinə, elə sahələr, fəaliyyət növləri var ki, orada lisenziyaların müddəti 3 il və ya 5 il nəzərdə tutulmalıdır:
 
“Məsələn, bu yaxınlarda bir nəfər mənə dedi ki, bizdə lisenziyanın müddəti bir aylıqdır. Bir aylıq da müddət olar?
 
Bu, düzgün deyil. Ən azı lisenziyaların müddəti 3 il və 5 il olmalıdır. Bu, bürokratik maneələrin də aradan qaldırılmasına öz köməkliyini göstərə bilər”.
 
Kamil Həmzəoğlu
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.