Lisenziyalar müddətsizləşdirilir - bəzi istisnalarla
18 dekabr, 2015 12:35
Bununla bağlı “Lisenziyalar və içazələr haqqında” yeni qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 17-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sözügedən komitənin sədri Ziyad Səmədzadə bu sənədin ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına kömək edəcəyini bildirib.
Qanun layihəsi barədə məlumat verən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, indiyə qədər lisenziyalarla bağlı məsələ digər normativ-huqiqi aktlarla tənzim olunurdu, indi isə lisenziyalarla yanaşı, icazələr də hüquqi müstəviyə keçiriləcək.
Nazir müavini bu sənədlə lisenziyalaşdlırma prosesində “bir pəncərə” sisteminin tətbiq olunacağını, bəzi fəaliyyət növləri istisna olunmaqla, lisenziyaların müddətsiz veriləcəyini, lisenziyaların verilməsi müddətinin azaldılacağını da dilə gətirib.
Onun sözlərinə görə, eyni zamanda, bu günə kimi lisenziya almışı sahibkarlıq subyektlərinin də lisenziyaları müddətsizləşdiriləcək.
Kamil Həmzəoğlu