Türkiyə Rusiyanın şərtlərini rədd etdi
17 dekabr, 2015 10:54
Rusiya ilə Türkiyə arasında noyabrın 24-də Rusiya hərbi təyyarəsinin vurulmasından sonra yaranmış böhran dərinləşir.
Məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov Türkiyənin noyabrın 24-də vurulmuş hərbi təyyarəsi üçün təzminat ödəməli olduğunu deyib.
Nazir müavini həmçinin Türkiyədən gələcəkdə bu kimi halların təkrarlanmamasına təminat verməsini istəyib.
Türkiyənin rəsmi Moskvanın bu şərtinə reaksiyası ləngiməyib. Bu barədə açıqlama verən Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç bildirib ki, hava sərhədlərimiz pozulmayacağı təqdirdə heç bir təyyarə vurulmayacaq və Türkiyə məlum hadisəyə görə Rusiyaya heç bir təzminat ödəməyəcək.
T.Bilgiç Rusiyanın hərbi təyyarəsini vurmuş pilotların cəzalandırılması şərtinin qəbuledilməz olduğunu bildirib.
A.Zeynalov