Türkiyə Rusiyaya məxsus 27 gəmini saxlayıb
17 dekabr, 2015 10:53
Türkiyənin saxladığı Rusiyaya məxsus gəmilərin sayı 27-yə qalxıb.
Məlumata görə, Türkiyənin noyabrın 24-də Rusiyanın SU-24 hərbi təyyarəsini vurmasından sonra tərəflər arasında “gəmi ovu” başlayıb.
Bildirilir ki, noyabrın 24-dən bu yana Rusiyanın Qara dəniz limanlarında Türkiyəyə məxsus saxladığı gəmilərin sayı dekabrın 15-də 8-ə yüksəlib.
Ankara Moskvanın bu “gəmitutma əməliyyatı”ndan imtina etməsini gözləsə də, Rusiya Türkiyənin gəmilərini saxlamaqda davam etməklə qarşı tərəfi adekvat addımlara sövq edib.
Bu barədə yayılan xəbərlərə görə, dekabrın 8-dən etibarən Türkiyə də öz limanlarındakı Rusiya gəmilərinin saxlanmasına başlayıb.
Son məlumata əsasən, Türkiyə artıq Rusiyaya məxsus 27 gəmini saxlayıb.
A.Zeynalov

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı